“Real” qapıçısı müqavilənin müddətini uzatmaq niyyətindədir

15:40 İspaniya 129
“Real” qapıçısı müqavilənin müddətini uzatmaq niyyətindədir

“Real” qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı qolkiperi hazırda dünya futbolunun ən yaxşısı hesab edir.

“Kral klubu” Kurtuaya tam güvənir və onunla yeni müqavilə imzalamağa hazırlaşır.

Belçikalı qolkiperin “Real”la hazırkı müqaviləsinin müddəti gələn il iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Kurtua bu mövsüm İspaniya La Liqasında 7 oyunda meydana çıxıb və 8 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti