“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubu ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, 24 yaşlı futbolçu müddəti 2034-cü ilin ortalarına qədər qüvvədə olacaq 8 illik müqaviləyə imza atıb.
Palmer “Çelsi”yə 2023-cü ilin yay transfer pəncərəsinin sonlarında “Mançester Siti”dən keçib.
Həmin vaxtdan London təmsilçisinin heyətində 138 oyun keçirən ingiltərəli yarımmüdafiəçi 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komanda bu gün “Bornmut”u qəbul edəcək.
