Millimizin baş məşqçisi bu ölkədən iş təklifi aldı, "Qarabağ"dakı oğlunu da… MARAQLI XƏBƏR

11 Oktyabr 17:45 Qarabağ 2 665
Millimizin baş məşqçisi bu ölkədən iş təklifi aldı, "Qarabağ"dakı oğlunu da… MARAQLI XƏBƏR

"Qarabağ"ın hücumçusu Əli İbrahimov hazırda Yunanıstandadır.

18 yaşlı forvard "Olimpiakos"un düşərgəsindədir.

Daha öncə xəbər verdiyimiz kimi, Əli karate üzrə U-21 (18-21 yaş qrupu) yığmasının baş məşqçisi Elnur İbrahimin oğludur.

"Əməkdar Məşqçi" bundan əvvəl 2002-2009-cu illərdə Azərbaycanən yeniyetmə və gənclərdən ibarət komandasını, 2009-cu ildən 2024-cü ilədək isə Küveytin böyüklərdən ibarət millisini çalışdırıb.

Karate yığmasında yeni təyinat

Saytımız Əlinin Ellada torpağına yollanmasıyla əlaqədar daha bir məlumat əldə edib. Redaksiyamıza məlumata görə, gənc istedadın atası oradan təklif alıb.

Yunanıstan Karate Federasiyası Elnur İbrahimə dəvət göndərib. O, danışıqlar aparmaq üçün adıçəkilən ölkəyə üz tutub və fürsətdən istifadə eləyərək, oğlunun da "Olimpiakos"da yoxlanışdan keçməsinə dair razılıq alıb.

Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli hələ bir neçə gün Pirey təmsilçisinin sıralarında qalacaq.

Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan

İbrahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə, ilk mərhələdə Yunanıstan nəhənginin əvəzedici və U-19 komandalarınıda forma geyinəcək.

Yunanlar onu UEFA Gənclər Liqasının və yığmanın oyunlarında görərək bəyənib.

SPORTİNFO.AZ

Avropanın tanınmış klubundan dəvət alan "Qarabağ"ın hücumçusu ilə bağlı SON XƏBƏR

Digər Xəbərlər
Xəbər Lenti