Avtomobildə olan fotosunu paylaşdı, tənqid olundu

18:20 İspaniya 109
Avtomobildə olan fotosunu paylaşdı, tənqid olundu

“Real”ın müdafiəçisi Din Heysen sosial şəbəkədə yayılan foto səbəbindən tənqid olunub.

Futbolçunun komanda yoldaşı Tiaqo Pitarçla birlikdə avtomobildə çəkilmiş fotosu sosial şəbəkədə gündəm olub.

O, fotoda telefonla görünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun azarkeşləri ispaniyalı oyunçunu ölkə qanunvericiliyini pozmaqda ittiham edərək, onun davranışını sərt şəkildə tənqid ediblər:

“Eyni anda mesaj yazır və avtomobil idarə edir. Sonra bir də bunu internetdə paylaşır”.

Baş məşqçi Luis de la Fuentenin 2026-cı il dünya çempionatı üçün heyətə daxil etmədiyi Heysen yenidən İspaniya millisindən dəvət alıb.

21 yaşlı müdafiəçi oktyabrın 10-da “Vilyarreal”a qarşı keçiriləcək növbəti oyunda iştirak edə bilməyəcək. O, beynəlxalq fasilədən əvvəl “Atletiko” ilə Madrid derbisində (1:2) qırmızı vərəqə aldığı üçün cəzalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik