“Onlardan biri müdafiəyə kömək etmirsə, digəri də bunu etmir"

00:20 İspaniya 108
“Onlardan biri müdafiəyə kömək etmirsə, digəri də bunu etmir"

“Real”ın hücumçuları Kilian Mbappe ilə Vinisius Juniorun münasibətlərinin ideal olmadığı iddia edilir.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, futbolçular meydandan kənarda yaxşı yola getsələr də, meydandakı münasibətləri mürəkkəb olaraq qalır.

Hər iki oyunçu ilə yaxşı münasibətləri olan mənbə vəziyyəti belə şərh edib:

“Mbappe ilə Vinisius özlərini hər məsələdə bir-biri ilə müqayisə edirlər. Onlardan biri müdafiəyə kömək etmirsə, digəri də bunu etmir”.

Vinisiusun klubda “qızıl top” uğrunda mübarizədə Mbappenin namizədliyinə dəstək verilməsindən narazı olduğu ehtimal edilir.

“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da, İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”