Premyer Liqada milli fasilə başa çatdı.
Fasilədən sonra ilk oyun “Neftçi” və “Sabah” arasında keçirildi.
Çempionluğa iddialı “Neftçi” doğma meydanda son çempion “Sabah”la qolsuz heç-heçə etdi.
İtirilən iki xala rəğmən, “Neftçi”nin yaxşı futbol oynadığını demək olar.
Yuri Vernidubun komandası 90 dəqiqə ərzində oyuna nəzarət etməyə, təşəbbüsü ələ almağa çalışdı və yaxşı qol imkanları yaratdı.
Son dəqiqələrə qədər qələbəni axtaran “ağ-qaralar” sonda bir xalla kifayətlənməli oldu.
Əbəs yerə deyil ki, azarkeşlər də sevimli komandalarının göstərdiyi futboldan məmnun qalıblar.
Qələbə qazana bilməsə də, bir xalla kifayətlənən komandanı tənqid etmək əvəzinə, təqdir ediblər.
Sosial şəbəkələrdə yazılan çoxsaylı şərhlər də bunu deməyə əsas verir.
Fanatlar futbolçuların ünvanına əsasən xoş sözlər səsləndiriblər:
"Məncə "Neftçi" qələbə qazana bilərdi. Lakin yaxşı formada olan "Sabah"a qarşı belə dişli "Neftçi" görmək məni qürurlandırdı. Bəlkə bəziləri gözləməzdi ki, "Neftçi" belə oyun oynayar".
"Tempi qorumaq lazımdır. Narahat idik ki, milli fasilə mənfi təsir edər. Yaxşı idiniz. Daha yaxşı ola bilərsiz. Sizdən bu sezon çempionluq gözləyirik".
"Təbrik edirəm. Qələbəyə bərabər heç-heçə oldu. Uğurlar, "Neftçi".
"Əzmkarlıq budu.
Siz belə oynayın stadionu dolduraq".
"Yuriye vaxt verin O, düzəldəcək "Neftçi"ni. Birdən birə nəsə olmur. Çempion olmasaq belə saxlamaq lazımdır Yurini".
"Əhsən! Sükanı belə saxla".
"Ela. Oyun super idi".
"Qəşəng oyun alındı. Belə davam etsələr uğur qazana bilərik".
"Neftçi" yaxşı oynadı.Demək olar ki, qələbəyə layiq idi. "Sabah" "Neftçi"nin əlindən qaçdı".
XANOĞLAN/ SPORTİNFO.AZ
