Azərbaycan Superkuboku keçiriləcək

11 Oktyabr 08:00 Atıcılıq 326
Azərbaycan Superkuboku keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) təşkilatçılığı ilə oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Azərbaycan Superkuboku keçiriləcək.

Sportinfo.az AKOF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, açıq havada, 70 metr məsafədə baş tutacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı qələbə uğrunda mübarizə aparacaq.

Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar birgə yarışacaq.

Yarışda kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə