“Real” Arda ilə yeni müqavilənin şərtlərini razılaşdırdı

15:40 İspaniya 118
“Real” Arda ilə yeni müqavilənin şərtlərini razılaşdırdı

“Real”ın yarımmüdafiəçisi Arda Gülər Madrid təmsilçisində qalacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 21 yaşlı futbolçu ilə yeni müqavilənin şərtləri barədə razılığa gəlib.

Tərəflər bütün detalları razılaşdırıb. Yaxın vaxtlarda sözləşmənin imzalanacağı və bununla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

“Real” Ardanı 2023-cü ildə “Fənərbaxça”dan 28 milyon avroya transfer edib.

O, Madrid klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 119 oyuna çıxıb, 19 qol vurub və 28 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı türkiyəli futbolçunun hazırkı dəyərini 90 milyon avro qiymətləndirir.

“Real” La Liqada 7 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik