“Onları böyük hesabla məğlub edəcəyimizi gözləmirdim"

08:20 Həndbol 125
“Onları böyük hesabla məğlub edəcəyimizi gözləmirdim"

"Kür"ün həndbolçusu Mədinə Musayeva EHF Avropa Kubokunun II təsnifat mərhələsində Kiprin APOEL kollektivini böyük hesabla məğlub edəcəklərini gözləməyib.

Sportinfo.az xəbər verir ki, oyunçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

Komandanın qapıçısı 40:18 hesabı ilə qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Oyunun əvvəlində səhvlərimiz oldu. Onları düzəltməyə çalışdıq. Nəticə göz qabağındadır. İkinci görüşdə daha yaxşı çıxış etməyə çalışacağıq.

Matçdan əvvəl belə böyükhesablı qələbə qazanacağımızı düşünmürdük. Bu matça çox ciddi yanaşırdıq. Rəqibi təhlil etmişdik. Belə top fərqinin olacağını gözləmirdim".

M.Musayeva Azərbaycan həndbolundakı durğunluq fonunda görüşə hazırlaşmağın çətin olduğunu söyləyib:

"Hazırkı durumda avrokubok qarşılaşmasına hazırlaşmaq çox çətin idi. Son olaraq aprelin ortalarında rəsmi oyuna çıxmışıq. Uzun müddətdən sonra belə qələbə qazanmaq gözəl nəticədir".

Tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib