Niderlandlı müdafiəçinin transferini gözdən keçirir - “Barselona”

00:00 İspaniya 124
Niderlandlı müdafiəçinin transferini gözdən keçirir - “Barselona”

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq “Barselona”nın diqqət mərkəzindədir.

Niderlandlı futbolçu mövsümə o qədər də yaxşı başlamayıb. “Qırmızılar”ın baş məşqçisi Andoni İraola onu əsas heyətin daimi üzvü kimi görmür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” qış transfer dönəmində 25 yaşlı futbolçunu heyətinə qatmaq variantını nəzərdən keçirir. Frimponqun özü də Kataloniya klubuna keçməyə müsbət yanaşır.

“Liverpul” Frimponqu təxminən 35 milyon avroya satmağa hazırdır. Oyunçunun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Onun xidmətində maraqlı olan “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır