“Yaxşı yaddaşım var və yalnız son hadisələrə köklənmirəm"

21:15 Dünya futbolu 100
“Yaxşı yaddaşım var və yalnız son hadisələrə köklənmirəm"

İtaliya millisinin sabiq kapitanı Fabio Kannavaro bu il “qızıl top” uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, mükafat uğrunda PSJ-nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliyanın namizədliyini dəstəklədiyini bildirib:

“Yaxşı yaddaşım var və yalnız son hadisələrə köklənmirəm. Ötən mövsüm UEFA Çempionlar Liqasının ən parlaq siması Kvaratsxeliya idi.

Səs verməli olsaydım, heç tərəddüd etməzdim. Əlbəttə, dünya çempionatını, Kilian Mbappeni, Lionel Messini və onun karyerasını xatırlamaq olar. Amma Kvaratsxeliya inanılmaz işlər görürdü”.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da, İngiltərənin paytaxtı Londonda keçiriləcək. Kannavaro özü də 2006-cı ildə, İtaliya millisi ilə dünya çempionluğunu qazandıqdan sonra “qızıl top” mükafatına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti