“Liverpul”un sabiq ulduzu “Sabah”ı izləmir: “Düzünü desəm...”

02:00 Müsahibə 129
“Liverpul”un sabiq ulduzu “Sabah”ı izləmir: “Düzünü desəm...”

“Slaviya”nın (Çexiya) sabiq oyunçusu, “Liverpul”dan daha çox tanıdığımız Vladimir Şmitser futbolinfo.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, praqalıların Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la baş tutacaq matçından danışıb.

– Çempionlar Liqasında Azərbaycanın təmsilçisi “Sabah” sizin komandanız “Slaviya” ilə qarşılaşacaq. Sizcə, kimin qələbə şansı daha çoxdur?

– Bilmirəm. Sadəcə bilirəm ki, “Sabah”ın vəziyyəti normaldır və yaxşı istiqamətdə gedir. Amma bundan artığını demək mənim üçün çətindir.

– Ümumiyyətlə, “Sabah”ın oyunlarını izləmisiniz? Necə komandadır?

– Düzünü desəm, ümumiyyətlə “Sabah”ın oyunlarını izləməmişəm. Sadəcə bir neçə epizod və icmal görmüşəm. Ona görə də komanda haqqında nəsə deməyim çətindir. Daha ətraflı danışmaq istərdim, amma həqiqətən də oyunları izləməmişəm.

– “Slaviya”nın əsas üstünlükləri hansılardır?

– “Slaviya” yaxşı komandadır. Bilirsiniz, fiziki cəhətdən güclüdürlər, çox qaçırlar, intizamlıdırlar və sadə futbol oynamağa çalışırlar. Məncə, yaxşı təşkilatlanmış komandadırlar və standart vəziyyətlərdə də güclüdürlər. Bu, “Slaviya”nın əsas üstünlüklərindən biridir.

– Azərbaycan futbolu ilə bağlı hansısa məlumatınız var?

– Getdikcə daha yaxşı nəticələr göstərirsiniz və yaxşı istiqamətdə irəliləyirsiniz. Amma ümumilikdə futbolu o qədər də yaxından izləmirəm. Artıq futbol üzrə ekspert deyiləm. Əvvəllər futbol oynamışam, amma indi futbolla çox maraqlanmıram və oyunları mütəmadi izləmirəm. Buna görə üzr istəyirəm.

– “Qarabağ” ötən il “Liverpul”la Çempionlar Liqasında qarşılaşmışdı. Həmin oyunları izləmişdiniz?

– Xeyr, həmin oyunları da izləməmişəm. Mövsüm ərzində “Liverpul”un cəmi bir neçə oyununa baxıram, hər oyununu izləmirəm. “Qarabağ”la keçirdikləri həmin oyunu da izləməmişəm. Ona görə bilmirəm, cavablarımla sizə çox kömək edirəm, ya yox. Amma dürüst olmalıyam.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”