Çempionlar Liqasının Liqa mərhələsindəki təmsilçimiz “Sabah” növbəti oyuna hazırlaşır.
İlk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzan “tələbələr”in budəfəki rəqibi Çexiya “Slaviya”sıdır.
Sportinfo.az Praqa təmsilçisinin Bakı səfərinin proqramını təqdim edir.
Belə ki, qonaqlar oktyabrın 11-də axşam saatlarında paytaxtımıza təşrif buyuracaqlar. Nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa “Absheron Marriott” hotelinə yollanacaq.
Çexiya komandasının həmin gün üçün məşq planlaşdırılmayıb. Futbolçular səfərdən sonra istirahət edəcəklər.
Oktyabrın 12-də isə “Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovski mətbuat konfransı keçiriləcək. Konfrans saat 19:15-də başlayacaq. Saat 20:00-da qonaq komanda oyunöncəsi son məşqinə çıxacaq.
Həm mətbuat konfransı, həm də son məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Maraq üçün bildirək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də saat 20:45-də start götürəcək.
HƏBİB
