39 yaşında karyerasını başa vurdu - Tanınmış ispaniyalı hücumçu

00:00 İspaniya 110
39 yaşında karyerasını başa vurdu - Tanınmış ispaniyalı hücumçu

İspaniyalı hücumçu Pedro Rodriges 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb.

Futbolçunun son klubu yayda ayrıldığı “Latsio” olub. Komandada keçirdiyi beş il ərzində Pedro 209 oyunda meydana çıxıb, 39 qol vurub və 19 məhsuldar ötürmə edib.

Karyerası ərzində futbolçu klub səviyyəsində 794 oyun keçirib, 197 qol vurub və 113 məhsuldar ötürmə edib.

O, üç Çempionlar Liqası titulu da daxil olmaqla, ümumilikdə 25 kubok qazanıb.

“Barselona”nın gənclər akademiyasının yetirməsi olan Pedro həmçinin “Çelsi” və “Roma” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR