“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”nın sabiq vingeri, hazırda “Braqa”da çıxış edən Pau Viktor Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik haqqında danışıb.
Sportinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, almaniyalı mütəxəssisin məşqlərdə oyunçulardan yüksək tələbkarlıq gözlədiyini bildirib:
“Flik məşqlərdə futbolçulardan çox şey tələb edir. Elə olurdu ki, məşqdən başgicəllənmə ilə ayrılırdım. O, çox çalışan və məşqdən sonra da zalda qalan futbolçuları sevir. Flik belə detallara böyük önəm verir”.
24 yaşlı Viktor 2024-2025-ci illərdə “Barselona”da çıxış edib. O, bu mövsüm Portuqaliya çempionatında 6 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
