Mahir Emreli Polşada seçilən 4 futbolçu sırasına daxil oldu

02:10 Bizimkilər 95
Mahir Emreli Polşada seçilən 4 futbolçu sırasına daxil oldu

Polşa Ekstraklasasında çıxış edən futbolçuların sentyabr-oktyabr aylarında milli komandalarda keçirdikləri oyunların statistikası açıqlanıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yüksək liqada yer alan 37 oyunçu ümumilikdə 5360 dəqiqə meydanda olub.

Əsas millilərin heyətində çıxış edən futbolçular ümumilikdə 29 müxtəlif yığmanı təmsil ediblər.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli də seçilənlər sırasında olub. Belə ki, “Rakuv”un üzvü yığmalarda ümumilikdə 4 qarşılaşmada ən çox meydanda olan 4 futbolçudan biridir.

Emreli bu müddətdə yığmamızın heyətində ümumilikdə 315 dəqiqə iştirak edib. O, “Qurnik”in hücumçusu Yanis Antistlə 3-cü pilləni bölüşür.

Onlar yalnız Erik Yanza (“Qurnik”) və Otar Kakabadzedən (“Krakoviya”) geri qalırlar. Adıçəkilən futbolçular 4 matçın hamısını (360 dəqiqə) əvəz edilmədən keçiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”