Almaniyanın məşhur oyunçusu “Sabah”dan nə bilir?

09:25 Sabah 4
Almaniyanın məşhur oyunçusu “Sabah”dan nə bilir?

“Düzünü desəm, “Sabah” haqqında geniş məlumatım yoxdur.

Amma “Borussiya Dortmund” çox güclü komandadır və hazırda yaxşı formadadır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Bavariya”nın sabiq futbolçusu Torsten Fink Çempionlar Liqasının əsas mərhələsində “Sabah” və Dortmund “Borussiya”sı arasında keçiriləcək üçüncü tur oyunu ilə bağlı danışarkən bildirib.

Hazırda Türkiyə Superliqasında çıxış edən “Samsunspor” komandasını çalışdıran mütəxəssis Bundesliqa təmsilçisinə rəhbərlik edən Niko Kovaçın yaxşı məşqçi olduğunu bildirib.

“Onların güclü hücumçuları və yarımmüdafiəçiləri var. Heyətə çox yaxşı futbolçular cəlb olunublar. Baş məşqçi hücumların qurulmasında müxtəlif taktikalardan istifadə edir.

Komanda çox yaxşı yaxşı pressinq edir. Düşünürəm ki, “Borussiya Dortmund”un fiziki hazırlığı yüksəkdir.

Məncə, Azərbaycan təmsilçisi üçün qalib gəlmək çətin olacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Torsten Fink “Bavariya”nın heyətində 5 dəfə Bundesliqanın, bir dəfə Çempionlar Liqasının qalibi olub.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”