“Bir dövrə damğasını vuran oyunçular artıq yola düşüblər"

00:20 İspaniya 113
“Bir dövrə damğasını vuran oyunçular artıq yola düşüblər"

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın prezidenti Xuan Laporta futbolda nəsil dəyişikliyi barədə fikirlərini bölüşüb.

Sportinfoaz “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəhbəri, bir dövrə damğasını vuran futbolçuların artıq karyeralarını başa vurduğunu, yeni nəslin isə ön plana çıxdığını bildirib:

“Bir dövrə damğasını vuran oyunçular artıq yola düşüblər. Lakin indi növbəti dövrü müəyyən edəcək yeni futbolçular yetişir.

Bu oyunçuların dünya səviyyəli ulduzlara çevrilməsi üçün şərait yaratmağımızla fəxr edirik”.

“Barselona” hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu mövsümün ilk 7 oyununda qələbə qazanaraq, 21 xal toplayıb.

Komanda oktyabrın 10-da, çempionatın 8-ci turunda “Xetafe”ni qəbul edəcək.

”Barselona” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"