“Bura qayıtmağımla bağlı söhbətlər ortaya çıxanda buna əhəmiyyət vermədim”

15:40 İspaniya 117
“Bura qayıtmağımla bağlı söhbətlər ortaya çıxanda buna əhəmiyyət vermədim”

“Real”ın baş məşqçisi Joze Mourinyo kluba qayıdışı ilə bağlı xəbərlərin necə başladığını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, ilk şayiələr yayılanda buna inanmadığını və diqqətini “Benfika”dakı işinə yönəltdiyini bildirib:

“Real”a qayıtmağımla bağlı söhbətlər ilk dəfə ortaya çıxanda buna heç bir əhəmiyyət vermədim, sadəcə şayiə olduğunu düşündüm.

Klub Alvaro Arbeloanı mövsümün ortasında təyin etmişdi. Nəticələri qiymətləndirmək üçün hələ tez idi, buna baxmayaraq, səs-küy başlamışdı.

Lakin əslində heç kim mənə heç nə deməmişdi. Düşündüm ki, bu, doğru ola bilməz. Diqqətimi “Benfika”ya yönəltmişdim.

Adətən, belə söhbətlər tərəflər arasında ilkin əlaqə yaradıldıqdan sonra başlayır, amma bu halda vəziyyət tam əksinə idi. Heç kim mənimlə əlaqə saxlamamışdı, buna baxmayaraq, şayiələr artıq yayılırdı”.

63 yaşlı mütəxəssisin “Real”la müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti