Xorvatiyalı müdafiəçi uğrunda mübarizə aparır - “Bayern” və “Real”

11 Oktyabr 01:40 İngiltərə 459
Xorvatiyalı müdafiəçi uğrunda mübarizə aparır - “Bayern” və “Real”

“Brayton”un müdafiəçisi Luka Vuşkoviç “Bayern”in transfer hədəflərindən birinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Münhen klubuna keçməyə müsbət yanaşır.

Ancaq onun transferi uğrunda “Bayern”lə yanaşı, “Real” da mübarizə aparır.

Xorvatiyalı müdafiəçinin bazar dəyəri 60 milyon avro qiymətləndirilir. Onun “Brayton”la müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.

Vuşkoviç bu mövsüm İngiltərə çempionatında 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə