“Real”ın sabiq müdafiəçisi ilə müqavilə bağlamasına icazə vermədilər

15:20 İspaniya 151
“Real”ın sabiq müdafiəçisi ilə müqavilə bağlamasına icazə vermədilər

“Xetafe” “Real”ın sabiq müdafiəçisi Dani Karvahalla müqavilə imzalamaq üçün La Liqa rəhbərliyindən icazə ala bilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

“Xetafe” 34 yaşlı müdafiəçiyə illik təxminən 400 min avro maaş təklif etmək istəyib.

La Liqada klubların transferlər üzrə maliyyə şərtləri yoxlanılır və futbolçulara gizli ödənişlərin edilməsinin qarşısının alınması məqsədilə bu cür müqavilələr araşdırılır.

Karvahalın daha əvvəl “Real”da aldığı maaşın əhəmiyyətli dərəcədə yüksək olması şübhələrə səbəb olub. İspaniyalı futbolçu Madrid klubunda il ərzində təxminən 10 milyon avro qazanıb.

Müdafiəçi hazırda azad agent statusundadır.

Digər Xəbərlər
Xəbər Lenti