"Sabah" iki seçim təklif etdi, yolu nişan verdi - Çempionlar Liqasına görə

10 Oktyabr 23:20 Sabah 131
"Sabah" iki seçim təklif etdi, yolu nişan verdi - Çempionlar Liqasına görə

“Sabah” Çempionlar Liqasının oyunları zamanı Bakı Olimpiya Stadionuna (BOS) gələcək azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, matç günü azarkeşlərin stadiona gedişi üçün xüsusi avtobus marşrutları təşkil olunacaq.

Avtobuslar "Qara Qarayev" və "Gənclik" metro stansiyalarının yaxınlığından Bakı Olimpiya Stadionuna doğru hərəkət edəcək. Həmçinin Bakı Metropoliteni də oyun günü xüsusi iş rejimində fəaliyyət göstərəcək.

Klub azarkeşlərə matçın başlamasından 3 saat əvvəl stadiona gəlməyi tövsiyə edib.

Görüş başa çatdıqdan sonra isə şatl avtobusları azarkeşləri Bakı Olimpiya Stadionundan "Qara Qarayev", "Gənclik" metro stansiyaları və Binə qəsəbəsi istiqamətinə daşıyacaq.

"Sabah" Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" klubunu qəbul edəcək.

Qarşılaşma saat 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”