“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” müdafiəçisi Jül Kunde ilə yolları ayırmaq niyyətində deyil.
Fransalı futbolçu əsas heyətdəki yerini itirib. Bu isə onun hətta yanvar ayında komandadan ayrıla biləcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik müdafiəçinin satılmasının tərəfdarı deyil.
Oyunçunun özünün də komandadan ayrılmaq istəmədiyi bildirilir.
Kundenin “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər qüvvədədir.
”Barselona” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.
