Millinin sabiq müdafiəçisi futbolla vidalaşdı: “Bütün yaxşı şeylər sona çatır”

29 Noyabr 2023 18:40 İngiltərə 1 054
Millinin sabiq müdafiəçisi futbolla vidalaşdı: “Bütün yaxşı şeylər sona çatır”

İngiltərə millisinin və “Everton”un sabiq mərkəz müdafiəçisi Fil Yaqelka peşəkar futbolçu karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə 41 yaşlı futbolçu öz “instaqram” hesabında paylaşım edib.

O, futbolla vidalaşdığını qeyd edib:

“Bütün yaxşı şeylər sona çatır. 800-dən bir qədər çox matçdan sonra mənim futbolçu karyeram başa çatdı”.

Fil Yaqelka İngiltərə millisində 40 matçda 3 qol vurub. O, həmçinin 2005/06 mövsümündə Premyer Liqanın ən yaxşı oyunçusu kimi tanınıb.

Yaqelka karyerası ərzində “Şeffild Yunayted”, “Derbi Kaunti” və “Stok Siti”də də oynayıb.

O, İngiltərə Premyer Liqası çərçivəsində ümumilikdə 376 oyun keçirib, 18 qol vurub və 11 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti