“Mançester Siti” milli üzvünü icarəyə verdi

21 Sentyabr 2020 00:28 İngiltərə 904
“Mançester Siti” milli üzvünü icarəyə verdi

“Mançester Siti” klubu qapıçısı Ariyanet Muriçi icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı qapıçı 2020/21 mövsümünü İspaniyanın “Jirona” klubunda keçirəcək.

Bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İsveçrədə anadan olan, Monteneqronun U-21 yığmasında oynamış, hazırda isə Kosovo milli komandasının formasını geyinən Muriç, ötən mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib.

“Jirona” “Mançester Siti”nin 18 yaşlı ispan hücumçusu Pablo Morenonu da icarəyə götürüb. “Barselona” və “Yuventus”un futbol akademiyalarında oynamış futbolçu İngiltərə klubuna məhz bu yay transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”