3-cü liqa klubu "Liverpul" önündə "come back" etdi, mançesterlilərdən 10 qol - 3 VİDEO

27 Yanvar 2020 13:14 İngiltərə 1 035
3-cü liqa klubu "Liverpul" önündə "come back" etdi, mançesterlilərdən 10 qol - 3 VİDEO

İngiltərə Federasiya kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

“Mançester Siti” ilə "Mançester Yunayted"in ümumilikdə 10 qolla yadda qaldığı gündə ən böyük sürprizi Premyer Liqanın şəriksiz lideri "Liverpul" edib.

Yürgen Kloppun başçılıq etdiyi komanda səviyyəcə üçüncü liqa (League One) təmsilçisi "Şrusböri"nin müqavimətini qıra bilməyib. Bu azmış kimi, mersisaydlılar 2:0 hesabı ilə öndə olduqları oyunda sonradan 10 dəqiqəyə 2 top buraxıblar.

Qeyd edək ki, "qırmızılar" qarşılaşmaya ikinci heyətlə çıxıblar. Roberto Firmino, Məhəmməd Salah və Oksleyd-Çemberlen sona 15 dəqiqə qalmış oyuna qoşulublar. Bu komandalar qalibi müəyyənləşdirmək üçün fevralın 4-də təkrar üz-üzə gələcəklər.

İngiltərə FA Kuboku. 1/16 final

"Mançester Siti" – "Fulhem" 4:0
Qollar
: Gündoğan, 8-pen, Silva, 19, Jezuş, 72, 75.

"Tranmer" – "Mançester Yunayted" 0:6
Qollar
: Maquayr, 10, Dalot, 13, Linqard, 16, Fil Cons, 41, Marsial, 45, Qrinvud, 56-pen.

"Şrusböri Taun" – "Liverpul" .2:2
Qollar:
Kamminqs, 65-pen., 75 - Cons, 15, Lav, 46-avtoqol.

Digər Xəbərlər
Xəbər Lenti