"İstefaya göndərilməkdən qorxmuram": BUZ KİMİ ADAM

27 Yanvar 2020 00:14 İngiltərə 689
"İstefaya göndərilməkdən qorxmuram": BUZ KİMİ ADAM

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer istefaya göndəriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, işdən çıxarılacağı üçün qorxmadığını deyib: "Rəhbərliklə danışanda hamımız düşündük ki, bəzi qaydalar dəyişdirilməlidir.

Müqavilə imzalayanda müəyyən bir plan ətrafında razılaşdıq. Buna görə də istefaya göndərilməkdən qorxmuram. Sadəcə işləməyə davam edirəm.

Əlbəttə ki, nəticəyə qazanmaq istədiyinizi bilirəm. Düzgün iş getdiyini göstərmək lazımdır. Ancaq bir futbolçu bu kluba uyğun gəlmirsə, onu əldə etmək üçün çox pul xərcləməyəcəyəm.

Heç vaxt "kaş bu futbolçunu komandada saxlaya bilərdim" deyə düşünməmişəm. Oyunçuların klubu tərk etməyinə icazə verməyinizin müxtəlif səbəbləri olur.

Gedən futbolçuların bəziləri komandada yaratmağa çalışdığım mədəniyyətə uyğun deyildi. Buz mənim düşüncəmdir".

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk