Neçə transferə ehtiyacı olduğunu bilmir - Tanınmış baş məşqçi

14 Aprel 18:20 İngiltərə 305
Neçə transferə ehtiyacı olduğunu bilmir - Tanınmış baş məşqçi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubun transfer planları ilə bağlı sualı cavablandırıb.

“Şəhərlilər”in mövsümü pis keçir və bu yay bazarda aktiv olacağı gözlənilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisdən klubun neçə transferə ehtiyacı olduğunu soruşublar, ancaq o, dəqiq cavab verməyib:

“Heç bir fikrim yoxdur. Ciddi deyirəm. Xeyr, həqiqətən, bilmirəm. Bütün oyunçuların müqavilələri var, görəcəyik. Hazırda heç bir fikrim yoxdur”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının sonuna altı tur qalmış turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”a uduzaraq, mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti