“Meydanda əylənmək lazımdır, əylənmirsizsə, bir şey səhvdir”

6 Oktyabr 2024 00:20 İngiltərə 823
“Meydanda əylənmək lazımdır, əylənmirsizsə, bir şey səhvdir”

“Arsenal”ın vingeri Rahim Sterlinq futbolda onun üçün nəyin vacib olduğunu söyləyib.

“Çelsi”yə məxsus olan yarımmüdafiəçi icarə əsasında “Arsenal”da çıxış edir.

Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu oynamağı və qalib gəlməyi sevdiyini bildirib:

“Uşaqlıqdan öyrəndiyim əsas dərs odur ki, meydanda əylənmək lazımdır: oynadığınız mövqedən asılı olmayaraq.

Əylənmirsizsə, bir şey səhvdir. Futbolda ən vacibi budur. Mən oynamağı və qalib gəlməyi sevirəm”.

Sterlinqin 29 yaşı var. Onun peşəkar karyerasında ilk klubu “Liverpul” olub. O, 2015-ci ildə “Mançester Siti”yə keçib, 2022-ci ildən isə “Çelsi”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!