"Pis xəbər odur ki, buna çox əhəmiyyət verirlər"

2 Aprel 2024 21:40 İngiltərə 507
"Pis xəbər odur ki, buna çox əhəmiyyət verirlər"

“Çelsi”nin sahibi olan amerikalı iş adamı Todd Boley London klubunun son dövrlərdəki zəif nəticələrindən danışıb.

Sportinfo.az xəbər verir ki, klub sahibi bunu başa düşdüyünü, lakin bu yolda qalmağa davam etməli olduqlarını bildirib:

“Sadəcə prosesin inkişafına şərait yaratmalısan. İnanılmaz dərəcədə güclü fərdi oyunçulardan ibarət komandaya çevrilmək üçün vaxt verməlisiz.

Yaxşı xəbər odur ki, insanlar bundan çox xoşbəxtdirlər. Amma pis xəbər odur ki, buna çox əhəmiyyət verirlər.

Bu, onların komandadan və sahiblərdən məyus olmasına gətirib çıxarır. Mən bunu başa düşürəm, lakin biz sadəcə olaraq bu yolda qalmağa davam etməliyik”.

“Çelsi” Premyer Liqada 28 turdan sonra 40 xal toplayıb və hazırda 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk