"Onun bu oyunçuların adını çəkməsinə təəccüblənmədim"

7 Dekabr 2023 21:40 İngiltərə 593
"Onun bu oyunçuların adını çəkməsinə təəccüblənmədim"

“Mançester Yunayted"in əfsanəvi futbolçusu Roy Kin Nemanya Matiçin bir müddət əvvəl Ceydon Sanço və Pol Poqbanın intizamlı olmaması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, “The Overlap”a danışan irlandiyalı veteran futbolçu adıçəkilən futbolçular barədə bunları deyib:

"Nemanyanın bu oyunçuların adını çəkməsinə təəccüblənmədim. Hamı bilir ki, bu futbolçular böyük peşəkar deyillər”.

Serbiyalı yarımmüdafiəçi bir müddət əvvəl keçmiş komanda yoldaşlarının tez-tez məşqlərə gecikdiyini demişdi. Pol Poqba dopinq testinin müsbət çıxması səbəbindən müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar