COP29

“Bu problemi həll etməyin yeganə yolu baş məşqçiyə gedib “üzr istəyirəm” deməkdir"

29 Sentyabr 2023 10:20 İngiltərə 380
“Bu problemi həll etməyin yeganə yolu baş məşqçiyə gedib “üzr istəyirəm” deməkdir"

“Nyukasl”ın keçmiş çalışdırıcısı Stiv Bryus “Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço ilə komandanın baş məşqçisi Erik ten Haq arasında yaranan münaqişədən danışıb.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis bu məsələnin yeganə həll yolunun üzr istəmək olduğunu bildirib:

“Bu problemi həll etməyin yeganə yolu baş məşqçinin yanına gedib “üzr istəyirəm” demək və sonra komanda yoldaşlarından üzr istəməkdir.

Sosial şəbəkəyə girib baş məşqçini tənqid etməyə başlaya bilməzsən. Axı o, patrondur və qərarları o verir. Ona bir az da olsa, hörmət olmalıdır.

Bəziləri üçün bir qayda, digərləri üçün başqa bir qayda olması mümkün deyil. Ten Haq gələndən bəri prinsipialdır. O, bu cür davranışa dözməyəcək”.

Sentyabrın 3-də Sanço sosial şəbəkədə Premyer Liqanın 4-cü turunda “Arsenal”la oyunda (1:3) heyətdə yer almamasını məşqdə zəif çalışması ilə izah edən Erik ten Haqın sözlərinə cavab verib.

Sanço baş məşqçinin dediklərini yalan adlandırıb. Yarımmüdafiəçi daha sonra bu yazını silib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?