“Mançester Yunayted”dən yeni müqavilə təklifi aldı

2 Sentyabr 18:20 İngiltərə 475
“Mançester Yunayted”dən yeni müqavilə təklifi aldı

“Mançester Yunayted” yarımmüdafiəçi Bruno Fernandeslə müqavilənin müddətini uzatmaq qərarına gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçuya müddəti 2029-cu ilin yayına qədər olan yeni müqavilə təklif edib.

ONun hazırkı sözləşməsinin vaxtı 2027-ci ilin iyununda başa çatır.

Fernandes bu mövsüm Premyer Liqada 2 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM