Premyer Liqa klubu Qana yığmasının vingerini transfer etdi

4 Fevral 15:20 İngiltərə 488
Premyer Liqa klubu Qana yığmasının vingerini transfer etdi

“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qana millisinin və Qətərin “Əl-Sədd” klubunun yarımmüdafiəçisi Andre Ayyunu heyətinə qatıb.

33 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb. Ayyu “Marsel”in yetirməsidir. O, “Loryan”, “Arl-Avinyon”, “Suonsi Siti”, “Vest Hem”, “Fənərbaxça” kimi klublarda da oynayıb.

Vinger 2021-ci ildən formasını geyindiyi “Əl-Sədd”də 39 oyunda 22 qol vurub. O, Qana yığmasında da 113 oyunda 24 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Mart 17:20 Mahirdən XƏBƏR ALIN!
28 Mart 10:40 Bir addım irəli…
28 Mart 09:20 0:5-in İÇ-ÜZÜ