“Mən onlardan belə mübarizə gözləmirdim” - Qvardiola

29 Yanvar 2023 00:00 İngiltərə 629
“Mən onlardan belə mübarizə gözləmirdim” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin “Arsenal”la görüşünü (1:0) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, komandasının ikinci hissədə daha yaxşı çıxış etdiyini deyib:

“İkinci hissədə daha yaxşı oynadıq. Gərgin oyun keçdi. Belə matçlarda “Arsenal”ın nə qədər yaxşı oynadığını daha gözəl başa düşürsən.

Onlardan belə mübarizə gözləmirdim. Premyer Liqada lider olan komandanı məğlub etdik”.

“Arsenal”ı mübarizədən kənarlaşdıran “Mançester Siti” 1/8 finala vəsiqə qazanıb. Komandanın rəqibi püşkatmadan sonra məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada