Premyer Liqa klubu satılır – Amerikalı iş adamına

1 Oktyabr 2022 01:40 İngiltərə 638
Premyer Liqa klubu satılır – Amerikalı iş adamına

“Everton”un sahibi Farhad Moşiri klubu amerikalı iş adamı Matsek Kaminskiyə sata bilər.

Sportinfo.az xəbər verir ki, tərəflər artıq razılığa yaxındırlar.

Sövdələşmə məbləğinin təxminən 437 milyon avro ola biləcəyi qeyd edilir.

2016-cı ildə Moşiri Mersisayd klubunda 49,9 faiz səhm əldə edərək, 2019-cu ilə qədər səhmlərini 77,2 faizə çatdırıb.

“Everton” İngiltərə Premyer Liqasının 7 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?