COP29

"Qalatasaray"a 12 milyon avro ödəməyə hazırdır - İspaniya klubu

16 İyun 00:00 İngiltərə 1 244
"Qalatasaray"a 12 milyon avro ödəməyə hazırdır - İspaniya klubu

"Qalatasaray" və Türkiyə milli komandasının yarımmüdafiəçisi Kerem Aktürkoğlu İspaniyaya yollanacaq.

Sportinfo.az “Fanatik”ə istinadən xəbər verir ki, Kereme "Real Sosyedad"dan rəsmi təklif gəlib.

La Liqa klubu 25 yaşlı yarımmüdafiəçi üçün "Qalatasaray"a 12 milyon avro ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Avropa çempionatından sonra Aktürkoğlunun İspaniyaya yollanaraq, "Real Sosyedad"la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Kerem "Başakşehir", "Bodrumspor", "Karacabey Belediyyespor", "Erzincaspor" komandalarında oynadıqdan sonra 2022-ci idl ə"Qalatasaray"a keçib.

O, 2026-cı il iyunun 30-na qədər Türkiyə çempionuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?