"Buna nə dərəcədə nail olduqlarını deməyim düzgün olmaz"

17 İyul 2024 12:40 Araz-Naxçıvan 1 053
"Buna nə dərəcədə nail olduqlarını deməyim düzgün olmaz"

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki hazırlıq prosesi çərçivəsində "Alanyaspor"a qarşı keçirdikləri yoxlama matçı (1:1) haqqnda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının istəkli oynamağının onu sevindirdiyini bunları deyib:

“Ümumi hazırlıq fonunda ilk oyunumuz idi. Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi.

Çalışdılar verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi.

Yeni transferləri meydanda az müddətə də olsa, görə bildik. Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, komandadan ayrı məşq edirdilər.

Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular.

Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdır”.

Təcrübəli mütəxəssis Premyer Liqanın 2024-2025-ci illər mövsümünün püşkü haqda isə bunları deyib:

“İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!