Premyer Liqa mənsubu onun baş məşqçi təyin olunduğunu rəsmən bildirdi

16:40 Araz-Naxçıvan 733
Premyer Liqa mənsubu onun baş məşqçi təyin olunduğunu rəsmən bildirdi

“Araz-Naxçıvan” Yuri Maksimovun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.

Bildirilib ki, məşqçilər heyətinə digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.

Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, SSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb.

58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti