ŞOK OLAY Klub rəhbərliyinə tərs üzünü göstərdi, tapşırığı yerinə yetirməkdən İMTİNA ETDİ

15:00 Araz-Naxçıvan 179
ŞOK OLAY Klub rəhbərliyinə tərs üzünü göstərdi, tapşırığı yerinə yetirməkdən İMTİNA ETDİ

Cavid Hüseynov «Araz-Naxçıvan» rəhbərliyinə tərs üzünü göstərib.

Üç ay öncə komandanı təhvil alan baş məşqçi tapşırıqla işləməyəcəyini sübut edən addım atıb.

Düşərgədən aldığımız məlumata görə, o, Zaur Axundovun göstərişini yerinə yetirməkdən boyun qaçırıb. Belə ki, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Premyer Liqanın son turları zamanı onun işinə təsir etmək istəyib.

Köməkçiləri vasitəsilə Hüseynova bəzi futbolçuları əvəzləməyi, həmçinin meydana buraxmasını tapşırsa da, dediyi olmayıb.

«Burada baş məşqçi mənəm, kimlərin oynayıb-oynamayacağına da özüm qərar verəcəm» deyərək, öz statusunu qoruyub.

Muxtar Respublika təmsilçisi çempionatın ilk 5 turu ərzində qələbə qazana bilməyib. Aktivinə cəmi 2 xal yazan «ağ-qaralar» turnir cədvəlinin 11-ci pilləsinə yuvarlanıb.

Hadisələrin inkişafı Cavid Hüseynovu istefaya tərəf sürükləyir. O, bura AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun sözüylə götürülüb.

Zaur Axındova köhnə dostundan zəng gəlməsəydi, fərqli seçim edərdi. İndi və vəziyyət bir qədər gərgindir, rənglər tündləşib.

«Araz» bu cür davam etsə, Hüseynovu vəzifəsindən uzaqlaşdıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti