Bu gün vəzifə başına keçdi, gedənlərdən birini işinə qaytardı

23 Sentyabr 23:20 Araz-Naxçıvan 193
Bu gün vəzifə başına keçdi, gedənlərdən birini işinə qaytardı

Sabah Yuri Maksimovun «Araz-Naxçıvan»da ilk iş günü olacaq.

Bu gün «ağ-qırmızılar»la 8 aylıq müqavilə imzalayan baş məşqçi maraqlı addım atıb.

Ukraynalı mütəxəssis Cavid Hüseynovun özüylə bura gətirdiyi köməkçilərdən birini geri qaytarıb.

İyuldan bəri qapıçılarla çalışan Şahin Məmmədov öz fəaliyyətini davam etdirəcək. Vadar Nuriyev də həmçinin.

58 yaşlı sükançının özüylə iki yardımçı gətirməsi nəzərdə tutulub.

Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon” və SSKA-da (Kiyev) baş məşqçi vəzifəsində çalışıb.

2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb, Azərbaycan kubokunu qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi