“Pis məşqçi deyil, indiyədək heç bir işinə qarışmamışıq, bundan sonra da qarışmayacağıq“

15:15 Araz-Naxçıvan 198
“Pis məşqçi deyil, indiyədək heç bir işinə qarışmamışıq, bundan sonra da qarışmayacağıq“

“O, pis məşqçi deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan“ın prezidenti Ceyhun Sultanov deyib.

Muxtar Respublika təmsilçisinin rəhbəri baş məşqçi Cavid Hüseynov barədə danışıb. Təcrübəli funksioner bu yay komandanın sükanı arxasına keçmiş mütəxəssisə rəhbərlik səviyyəsində etimad göstərildiyini bildirib:

“Hüseynov cəmi bir neçə aydır buradadır. Yaydan bəri komandada çox dəyişiklik olub, yeni oyunçular gəlib.

Ötən mövüsm ehtiyat skamya balaca idi, əvəz etməyə kimsə tapılmırdı. Bu gün həmin vəziyyət deyil, ən azı, üç nəfər var ki, hər an sonradan oyuna gtrməyə, oyunu gücləndirməyə hazırdır.

Bu baxımdan, indi vəziyyət yaxşıdır. Cavid Hüseynova inamımız var.

Gördüyünüz komandanı da özü yığıb. Rəbərlik olaraq, indiyədək onun heç bir işinə qarışmamışıq və bundan sonra da qarışmayacağıq.

Baş məşqçinin istədiyi futbolçuları büdcəmizin imkan verdiyi qədər heyətə cəlb eləmişik. O da bilir ki, keçənilki büdcə yoxdur, azalıb.

Amma Cavid müləlim qətiyyən ruhdan düşmür, öz işini məsuliyyətlə görməyə çalışır. İşində tələbkar və diqqətcildir.

Hesab edirik ki, komanda ən qısa zamanda toparlanacaq və ilk beş turdakı nəticələri unutduracaq. Elə «Şamaxı» ilə oyundan etibarən uğurlu çıxış edəcəyimizə inanırıq.

Yaddan çıxarmayaq ki, təqvim bizim üçün ağır gəldi. Çempionluğa iddialılarla ard-arda oynamalı olduq.

Əgər rəhbərliyin Cavid Hüseynovun yaxşı nəticələr qazanacağına ümidi olmasaydı, o, bu gün burada olmazdı».

Digər Xəbərlər
Xəbər Lenti