Premyer Liqanın yeni iştirakçısından 21-ci transfer - SON DƏQİQƏ

13:35 Araz-Naxçıvan 347
Premyer Liqanın yeni iştirakçısından 21-ci transfer - SON DƏQİQƏ

"Zirə"nin sabiq qapıçısı Tiaqo Silva yenidən Azərbaycasna qayıdıb.

2023-2026-ci illərdə "qartallar"ın şərəfini qorumuş portuqaliyalı

"Şəfa" ilə anlaşıb. 28 yaşlı kiper Premyer Liqanın debütantı ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Razılaşmaya əsasən, "əlcək sahibi" növbəti sezonu da ölkəmizdə keçirə bilər. Bu, paytaxt təmsilçisinin elitada yerini qoruyub-qorumamasından asılıdır.

"Şəfa"nın dörd aydır klubsuz qalan Tiaqo Silvanı bura gətirməsi təsadüfi deyil. Zaur Həşimovun çalışdırdığı komanda çempionatın ilk 6 turu ərzində qaıpıç sarıdan çox problem yaşayıb.

Beş məğlubiyyət alan kollektiv qapısında üst-üstə 11 qol görüb. Və bu görüşlərin əksəriyyətində Nicat Mehbalıyev kobud səhvlərlə yadda qalıb.

Tiaqo Silva "Şəfa"nın 21-ci yeni oyunçusudur.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ"), Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə), Kristofer Mamengi (“Priştina”, Kosovo), Felipe da Silva Rodrigez ("Vora", Albaniya), Ayxan Əlizadə ("Araz-Naxçıvan"d), Eltun Babazadə ("Qarabağ"), Nurhan Abdıyev, Elmar Məmmədov (hər ikisi "Zirə"), Omar Abdulaye Diav ( “Akren-Lessin”, Belçika) və Vüsal Qənbərov düşərgəyə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti