Klub prezidenti: “Bundan qətiyyən razı deyilik, biz öz üzərimişə düşəni etmişik”

16:00 Araz-Naxçıvan 158
Klub prezidenti: “Bundan qətiyyən razı deyilik, biz öz üzərimişə düşəni etmişik”

«Rəhbərlik Premyer Liqanın ilk beş turunda qeydə alınan nəticələrdən qətiyyən razı deyil. Necə razı ola bilərik ki, komanda ötən həftələrdə cəmi 2 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində yer alıb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın prezidenti Ceyhun Sultanov deyib. Bir neçə aydır «ağ-qırmızılar»ın idarəçiliyini edən təcrübəli funksioner bildirib ki, kollektiv mövsümün ilk turlarında onların gözləntilərini doğrultmayıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandanın hələ qələbə ilə tanış olmaması, 3 məğlubiyyət alması üzücü mənzərə yaradıb: «Təqvim bizim üçün ağır başlayıb. Neç turdur ki, ancaq çempionluğa iddialı komandalarla qarşılaşırıq. «Turan Tovuz»la son oyundan 3 xal gözləyirdik. Düşünürdük ki, «Turan»ı udub, xallarımıın sayını 4-ə çatdıracağıq. Təəssüf ki, yenə olmadı. Bundan sonra nisbətən bizə uyğun rəqiblər gəlir. «Şamaxı» ilə qarşıdakı oyundan etibarən komandamızın uğurlu seriya yaxalayacağına ümid bəsləyirik. Biz gərək bu oyunlarda bacardıqca çox xal toplayaq. Rəhbərlik olaraq komandaya normal şərait yaratmışıq. Öz üzərimizə düşəni etmişik».

Digər Xəbərlər
Xəbər Lenti