İstefa xəbərini verdik, bir neçə saat sonra rəsmən təsdiqləndi

16:20 Araz-Naxçıvan 67
İstefa xəbərini verdik, bir neçə saat sonra rəsmən təsdiqləndi

"Araz-Naxçıvan" baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yolları ayırıb.

Klubun mətbuat xidməti saytımızın bir neçə saat öncə yaydığı xəbəri az öncə rəsmən ictimaiyyətə açıqlayıb (https://www.sportinfo.az/idman_xeberleri/araz-nakchivan/260351.html).

Bildirilib ki, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Cavid Hüseynov bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi. Hazırda "Araz-Naxçıvan" Premyer Liqada 6 tura 2 xal toplayıb və turnir cədvəlində sonuncu - 12-ci pillədə qərarlaşıb.

Cavid Hüseynovun birillik müqaviləsi 2027-ci ilin iyununda başa çatacaqdı. Odur ki, ona təzminat ödənilməsi mütləqdir.

Gənc mütəxəssis bu baxımdan klub rəhbərliyinə güzəştə gedib. Kompensasiyasını tam almayacaq. Yalnız 2-3 ayın maaşı qədər vəsait əldə edəcək.

Bu, cari mövsüm Misli Premyer Liqasında ikinci baş məşqçi istefasıdır. Daha öncə "Qəbələ" Kaxaber Sxadadze ilə yolları ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti