Azərbaycan Premyer Liqasında 15 tur arxada qalıb. Bu müddətdə ən passiv hücum xəttinə malik komanda "Sumqayıt"dı.
Arxada qalan turlar ərzində uğursuz mövsüm keçirən komandanın aktivindən cəmi 10 qol var. Bu isə ən pis göstərici deməkdir. Hətta "Səbail"in ön xətti belə daha çox fərqlənməyi bacarıb - 12 qol.
Təbii ki, ötən ilin bürünc medalçısının belə ağır statistika ilə üz-üzə qalmasında əsas günahkar iranlı hücumçu Əli Qurbanidir. 31 yaşlı forvardın aktivində cəmi 1 qol var.
Bəh-bəhlə milliləşdirilən forvardın vəzifəsi qol vurmaq olsa da, o, 6 aydı fərqlənə bilmir. Sonuncu dəfə qol sevinci yaşamaq "Sabah"ın qapısına yola tapanda qismət olub. O da təsadüf edir ötən ilin avqust ayına.
Həmin matçdan sonrakı müddətdə Premyer Liqada 9, ölkə kubokunda 2 görüşə çıxan Qurbani qol sevinci yaşamağı bacarmayıb.
XANOĞLAN

