
“Şamaxı”nın əvəzedici komandası yeni mövsümdən doğma rayonda məskunlaşacaq.
Bölgə klubunun rəhbərliyi bu barədə qərara gəlib.
Əsas komanda bu ildən Şamaxıda qalır və Şamaxı şəhər stadionunda oyunların keçirir.
Amma ikinci komanda ilə bağlı vəziyyət fərqlidir.
Zaur İsmayılovun yetirmələri yalnız oyunlara üçün məxsus olduğu şəhərə gəlir.
“Şamaxı-2” bu mövsüm 18 turdan sonra topladığı 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərar tutur.
XANOĞLAN / SPORTİNFO.AZ