Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib.
Sportinfo.az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib – 1:0.
Yeganə qolu Tovuz klubunun kamerunlu hücumçusu Runi İva Vankevay vurub. O, 85-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra Ayxan Abbasovun baş məşqçi olduğu komanda turnir cədvəlində 7 xalla 5-ci sıraya qalxıb. "Şamaxı" isə 1 xalla 9-cu yerdədir.