"Şamaxı"lılar bu qədər uduzmaqdan bezmədi?

4 Sentyabr 2022 16:00 Şamaxı 702
"Şamaxı"lılar bu qədər uduzmaqdan bezmədi?

Artıq məğlubiyyət sayı 4 oldu. «Şamaxı» uğursuzluq zolağı ilə sürətlə irəliləyir.

Bu yoldan onları yalnız möcüzə uzaqlaşdıra bilər, nəinki Cavid Hüseynov, Vüqar Əsgərli, yaxud bir başqası.

Güman etmirəm ki, ardıcıl yenilgilər klub rəhbərliyinə xoş gəlsin.

Nə olsun ki, heyət yerli futbolçulardan ibarətdir, məğlubiyyətlər bir-birinin ardınca gəlincə, istər-istəməz, başdakılar da bezəcək, təngə gələcək. hər halda onlara da xoş gəlməz ki, hər gələn «Şamaxı»nı udub getsin.

Bəxtləri onda gətirib ki, «Kəpəz» Premyer Liqaya buraxılıb. Belə götürəndə, «Kəpəz»in heyəti «Şamaxı»dan sanballıdır. Gəncəlilərin legionerləri kimi, təcrübəli yerli futbolçularının sayı daha çoxdur.

Şamaxılıların çıxış yolu birdir - düşərgəyə süpürgə çəkmək. «Turan Tovuz»a uduzan baş məşqçi əgər mətbuat konfransında «futbolçularımla fəxr edirəm, 90 dəqiqə əla oyun nümayiş etdirdik» deyirsə, deməmiş olsun.

Söz deyil bu. Debütanta məğlubiyyətə bəraət də vermir. Yəqin Vüqar Əsgərli başqa oyuna baxıb, biz başqa.

Əla oyun nümayiş etdirdikərini iddia edən Əsgərli azsaylı qol vəziyyətləri yaratdıqlarını gözünün qabağına gətirmək istəmirsə, barı, başıını qaldırıb tabloya nəzər yetirsin.

Ekrandakı rəqəmlərin quruluğu da ona nəsə söyləmirsə, «bəxt güclülərin yanında olur» fikrini yadına salmaq istəyirəm.

Şamaxıda güclü olan tərəf «Turan Tovuz» idi, futbol ilahəsi də 3 xalı onların aktivinə yazdı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı