Bölgə klubunu bu addıma görə biabır etdilər – “Hörümçək torudur?”

6 Avqust 2022 17:20 Şamaxı 1 057
Bölgə klubunu bu addıma görə biabır etdilər – “Hörümçək torudur?”

Ötən mövsümün gedişində “Keşlə” adından imtina edib “Şamaxı” olan klub, nəhayət, futbol ictimaiyyətinin üzünə çıxdı.

Yayboyu klubda edilən dəyişikliklər və yığılan heyət haqda xəbər verməyən bölgə təmsilçisi çempionatın startına sayılı günlər qalmış tam tərkibdə meydana çıxdı.

Klub rəhbərliyi, məşqçi və futbolçu heyəti media mənsunlarının önünə çıxaandan sonra adlar bəlli oldu.

Şamaxıdakı mərasimdə ən çox diqqət çəkən və müzakirələrə səbəb olan klubun yeni loqosu və rəngi idi ki, sosial şəbəkələrdə bununla bağlı tənqidlərin arası kəsilmirdi.

Azarkeşlərin klubun “feysbuk” səhifəsinə yazdığı atmaca xarakterli şərhlərin bir qismini təqdim edirik:

“Loqonu dəyişin, qalan hər şey yaxşıdır”.

“Sumqayıt” FK bu loqoya görə sizdən inciyəcək”.

“Hamının “İnter” kimi simpatiyası olduğu klubu həvəskar kluba çevirmək kimi qəribədir loqonuz”.

“Normal dizaynerə müraciət edin. “Google”dan adi bir şəkli fon götürüb, üstünə loqo vurmaq bütün ciddiyətinizi öldürüb”.

“Loqonu Spiderman yaradıb?”

“Salamatçılıqdır orda? Hər gün bir loqo düzəldirsiniz, deyəsən nahardır, boşluqdur”.

“Gördünüz ki, gündəmə gələ bilmirsiniz, hərdən belə loqo-zad dəyişin, deyib-gülək”.

“Loqonun mənasını fizika müəllimləri izah edə bilər”.

“Pidrəki dağının şəklini qoysaydılar, bundan mərifətli və Şamaxıya bağlılığı olardı. Mən bir şamaxılı olaraq heç nə anlamadım, digərləri nə anlayacaq?”

“Hörümçək torudur?”

“Rəsədxana ilə şiri birləşdirmək nəyə lazım idi”.

“3 yaşında uşağa uşağa qələm veriblər sanki”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU